27 fevral -3 mart 2023 cü il tarixində idman həftəsinin keçirilməsinə başlanıldı

Təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi,onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, şagirdlərin idmana olan marağının artırılması məqsədilə  5 Mart Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral -3 mart 2023 cü il tarixində idman həftəsinin keçirilməsinə başlanıldı. İdman həftəsinin I gününə uyğun olaraq səhər gimnastikası təşkil olundu, sinif rəhbərləri tərəfindən idman növləri haqqında məlumat verildi.Məktəbin psixoloqu Nəcəfova Türkan tərəfindən  "İdmançıların yarışa hazırlığının psixoloji yanaşması" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə idmanın insan psixologiyasına müsbət təsiri , yarışlar zamanı həyacanı korreksiya etmək üçün üsullardan danışıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi