“Stress və onun idarə olunması” mövzusunda psixoprofilaktik seminar

Məktəbin psixoloqu Nəcəfova Türkan tərəfindən yeniyetmələrlə “Stress və onun idarə olunması” mövzusunda psixoprofilaktik seminar keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd gənc nəslin məlumatlandırılması, yeniyetmələr arasında sağlam həyat tərzi və bununla bağlı aparılan maarifləndirmə işlərinə dəstək olmaqdan ibarətdir. Tədbirdə iştirakçılar üçün “stressdən azad olmanın texnikaları” haqqında danışılıb, stress zamanı onun idarə olunmasının yolları izah olunub.