“Zərərli vərdişlərə- Siqaretə, alkoqolizmə, Narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda psixoprofilaktik seminar

Məktəbin psixoloqu Nəcəfova Türkan tərəfindən  yeniyetmələrlə “Zərərli vərdişlərə- Siqaretə, alkoqolizmə, Narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda psixoprofilaktik seminar keçirilmişdir.  Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq,  onları neqativ əməllərdən çəkindirmək, yeniyetmələrin  təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.

Məktəblilərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün aparılan işlərdən bəhs olunan tədbirlərdə Azərbaycanda 2013-2018-ci illərdə narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının, digər zərərli vərdişlərlə bağlı mövcud qanunvericiliyin və bu məsələlərlə əlaqədar beynəlxalq səviyyədə qəbul edilmiş qərarların tələbləri ilə əlaqədar atılan addımlar diqqətə çatdırılıb.

#psixoprofilaktikiş

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi