XI siniflərdə “Holland peşə seçimi testi”

Məktəbin psixoloqu Nəcəfova Türkan tərəfindən XI siniflərdə “Holland peşə seçimi testi” keçirilmişdir.Bununla hər bir şagirdin şəxsiyyət tipi , o tipə uyğun peşə istiqaməti müəyyənləşdirilmişdir. Hər bir şəxsiyyət tipi özünəməxsus bir sıra xüsusiyyətlərlə xarakterizə olunur:
- Müəyyən xarakter xüsusiyyətləri və zehni səviyyə;
- Müəyyən fəaliyyət növləri üzrə bacarıqlar;
- Müəyyən növ fəaliyyətə üstünlük vermə;
- Hobbilər;
- Peşə imkanları.
Hər bir şəxsiyyət növü müəyyən peşə növünə uyğun gəlir. Şəxs özünə uyğun bir peşə seçdiyi halda, o, ən böyük müvəffəqiyyətə nail ola və uğur əldə edə bilər. Şagirdlərlə müvəffəqiyyət əldə edə biləcəyi sahələr müəəyyənləşdirilmiş, bu üzrə müzakirələr aparılmışdır