Azərbaycanın Müstəqilliyinin Bərpası Günü
18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.
Tarix boyu xalqımız dəfələrlə öz müstəqilliyi uğrunda mübarizə aparmış və bir çox ağır sınaqlardan keçmişdir. Sınaqlar nə qədər ağır olsa da hər dəfə daha möhkəm, daha inamlı, daha qətiyyətli şəkildə ayağa qalxmışdır. Bu gün dövlət müstəqilliyimizin bərpa edilməsinin üzərindən 31 il ötür. 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul edilmiş, eyni ilin 18 oktyabrında isə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Xalqımızı bu şanlı gün münasibətilə təbrik edir, azad və çiçəklənən vətənimizi daim yüksəklərdə görməyi diləyirik. Müstəqilliyimiz əbədi olsun