“Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası

“Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası “təşkil olundu.

2022-ci ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Təbiəti qoruyanlar” adlı layihəyə start verilib.

Layihə təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, müəllim-şagird, şagird-şagird əməkdaşlığının inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsi məqsədlərinə xidmət edir.

Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 27 sentyabr “Anım Günü” ərəfəsində məktəbdə ağaclar və güllər əkildi.

#7dən17yəVətənpərvər

#mekteb202

#BŞTİ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi