28 may Müstəqillik Gününə həsr olunan tədbir

Məktəbimizdə 28 may Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Tədbir ingilis dili kafedra müəllimlərinin- başda Səfərli Reyhan müəllimin təşkilatçılığı ilə ingilis dilində çıxışları ilə keçirilmildir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirilib. Həmçinin ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığı nəzərə çatdırılıb.

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi