Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna aid dərs

4b sinfində Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yolunu əks etdirən videoçarx izlənib, təhlil olundu. Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin tamam olduğu vurğulanıb. Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsi olduğu qeyd olunmuşdur.