"NARKOMANİYA-GƏLƏCƏYİ OLMAYAN HƏYAT” MÖVZUSUNDA DƏYİRMİ MASA

"NARKOMANİYA-GƏLƏCƏYİ OLMAYAN HƏYAT” MÖVZUSUNDA DƏYİRMİ MASA

Dəyirmi masada tərbiyə işləri üzrə direktor müavini Samilə Əliyeva, UBR- Aygün İsmayılova, məktəbin psixoloqu-Nəcəfova Türkan, yuxarı sinif şagirdləri iştirak edirdilər. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, həm də sosial inkişafa mənfi təsir göstərir. İnsanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına təkan verir. Narkotik maddələrdən asılılığın törətdiyi fəsadlar, insanın psixi və mənəvi inkişafına vurduğu sağalmaz yaralar elmi təhlillərin nəticələrinə və həyati nümunələrə əsaslanaraq şagirdlərə çatdırıldı. Sonra şagirdlərə “Narkomaniyaya YOX deyək!” mövzusunda işləmələri üçün tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi