Pedaqoji şuranın ilk yığıncağı

 

Sentyabrın 21-də 2021-2022 ci tədris ilinin başlanması münasibəti ilə Pedaqoji şuranın ilk yığıncağı keçirilib.

Pedagoji Şura ilk olaraq məktəbin həyətində açiq havada keçirilib.

Yığıncaqda yeni tədris ilinə hazırlıq vəziyyəti, qarşıda duran vəzifələr müzakirə edilib. Fənn müəllimləri ayrı ayrılıqda keçirilən görüşdə "Xüsusi karantin rejimi dövründə tədris və təlim-tərbiyə prosesinin təşkilinə", eləcə də tədris prosesində məktəbdaxili qiymətləndirmənin bütün növlərinin tətbiq edilməsinə dair tələblər müəllimlərin diqqətinə çatdırıldı.

Yaş həddi ilə əlaqədar təqaüdə gedən müəllimlər dəvət olundu və təhsildə səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən "Fəxri Fərman" ilə təltif olundu.

Müzakirələrin sonunda gündəlikdə duran məsələlərə dair qərarlar qəbul edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi