1 Mart-Ümumdünya Mülki Müdafiə Günü

1 Mart-Ümumdünya Mülki Müdafiə Günü.
Şagirdlərdə fövqaladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması və məlumatlılığın artırılması məqsədilə 1 Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş 2,5,6-cı siniflərdə “Xüsusi dərs” lər keçirildi. Mülki müdafiənin yaranma tarixindən,onun həyatımızda əvəz olunmaz rolundan,fövqaladə hallar zamanı düzgün davranış qaydalarından,baş verə biləcək və baş vermiş fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılmasında Fövqaladə Hallar Nazirliyinin rolundan danışıldı. Məktəb üzrə Mülki Müdafiə qərargah rəisi ayrı-ayrı siniflərdə “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü Mülki Müdafiə” mövzusunda məruzə etdi. Məktəb foyesində Mülki Müdafiə qüvvələrinə aid olan əmlak və avadanlıqlar nümayiş olundu.