E.Ağayev yaradıcıllığına həsr olunmuş sərgi

2019-2020-ci tədris ilində 198 nömrəli  tam orta məktəbin kitabxanasında tematik sərgi təşkil edilmişdir. Sərgi məktəbin adını daşıyan və məktəbin yerləşdiyi Ramana kəndində dünyaya gəlmiş yazıçı Eynulla Xankişi oğlu Ağayevə həsr olunub. Sərgidə yazıçı haqqında materiallar, nəşr edilmiş kitabları, portreti, əsərlərindən illüstrasiyalar nümayiş olunmuşdur. Sərgini açmaqda məqsəd, məktəbə yeni gəlmiş gənc müəllim və şagirdləri E.Ağayevin həyat və yaradıcılığı ilə əyani şəkildə tanış etmək və onları maraqlandıran suallara, məhz həmin sərgidə cavab tapmasına yardım göstərməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi