"Bayrağım kimliyimdir"

5 noyabr məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Zöhrabova Vüsalə 8a sinfi ilə 9 Noyabr Dövlət Bayrağı gününü qeyd etdi. Dərsdə şagirdlər "Bayrağım kimliyimdir" mövzusunda təqdimatla çıxış edərək, Azərbaycan bayrağına həsr olunmuş maraqlı videoçarxlar nümayiş etdirdilər. Həmçinin şagirdlərin ifasında bayraq gününə həsr olunmuş kompozisiyalar,  vətənpərvərlik mövzusunda şeirlər də dinlənildi. Vətənpərvərlik mövzusunda dərslərin keçirilməsi, şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədi daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi