Xan qızı Xurşidbanu Natəvanın

       Məktəbin ibtidai sinif müəllimi Sevda Həsənova 4"b"sinif şagirdlərinə Xan qızı Xurşİdbanu Natəvana həsr olunmuş nümunəvi dərs keçmişdir. Sevda müəllim şagirdlərə Azərbaycan poeziyasının görkəmli şairi “Xan qızı” ləqəbli Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. O, qeyd edib ki, bədii fikrin görkəmli siması Xurşidbanu Azərbaycan mədəniyyət tarixində lirik şair və rəssam kimi şöhrət tapıb. Parlaq istedad və dövrünü qabaqlayan ideallar sahibi Xurşidbanunun ilhamla qələmə aldığı qəzəlləri Azərbaycan poeziyasının dəyərli inciləri sırasındadır.

       Sonra şagirdlər Xurşidbanu Natəvanın şeirlərini bədii qiraət ediblər, və sonda  "Xan qızı"- Natəvan tamaşasını səhnələşdiriblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi