Akademik Zərifə Əliyevanın xatirəsi yad edildi

Elman Heydərov adına 197 nömrəli tam orta məktəbdə,Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhhfələr vermiş akademik Zərifə Əliyevanın anadan olmasının 101- ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Zərifə Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şagirdlərə görkəmli alimin həyat və yaradıcılığı barədə geniş məlumat verilib. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələrdən danışılıb. Qeyd edilib ki, böyük alim olmaqla yanaşı, qayğıkeş ana, nümunəvi həyat yoldaşı olan Zərifə Əliyeva Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyətində ona hər zaman mənəvi dayaq olub.

Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, mahnılar ifa edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi