Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən 8 il ötür.

 

       Bu gün məktəbimizdə aprel döyüşlərinin 8-ci ildönümü münasibətilə 8a sinifində tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

       Məktəbimizin tarix müəllimi Mavilə Səlimova çıxış edərək qeyd etdi ki, Aprel döyüşləri,daha sonra 44 günlük Vətən müharibəsi həqiqətən də Azərbaycan Ordusunun və xalqının qəhrəmanlığını dünyaya sübut etdi.

       Torpaqlarımız uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və onlar daim qürur hissi ilə yad olunacaq.

       Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızı şəhadətlərinin səkkizinci ildönümündə qürurla yad edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi