Bütöv Azərbaycana ilk bahar gəlir

       Martın 19-da 197 nömrəli tam orta məktəbdə məktəb rəhbərliyi və şagirdlərin birgə təşkilatçılığı ilə “Bütöv Azərbaycana ilk bahar gəlir”adlı təntənəli  tədbir keçirilib.

       Tədbirdə   məktəb rəhbərliyi, pedoqoji kollektiv, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

       Tədbirdə şagirdlər Azərbaycanın qədim adət-ənənələri, milli mətbəxi, zəngin tarixi nümunələrini özündə əks etdirən səhnəciklər nümayiş etdiriblər, musiqi və şeirlər səsləndiriblər.

       Şənlik Novruza xas oyunlar, milli rəqslər və milli musiqi ifaları ilə davam edib.

      Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin maraqlı oyunları isə tədbir iştirakçılarına əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi