Bullinqə yox deyək

        Dekabr ayının 8- də məktəbimizdə  "Bullinqə yox deyək" mövzusunda psixoloji maarifləndirici söhbət aparıldı. Qeyd olundu ki, bullinq uşaqların incildilməsinə səbəb olan ixtiyarı və təkrar olaraq törədilən aqressiv davranışdır. Bullinqin fiziki, verbal(şifahi), sosial, kiber, psixoloji zorakılıq növləri haqqında məlumat verildi. Məktəbin psixoloqu Zahidə Ağayeva "Bullinqin öhdəsindən necə gəlmək olar?", "Bullinqə məruz qaldıqda və Bullinq hallarını müşahidə etdiyimiz zaman nələr etmək lazımdır?" sualları ətrafında geniş danışdı. Bütün bunlardan əlavə, qəzəbin, aqressiyanın idarə edilməsi ilə bağlı şagirdlərə müxtəlif tövsiyələr verildi. Sonda isə mövzu ilə əlaqədar suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi