Canlılar aləmi

        197 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nərmin Cəfərli, 1a sinif şagirdləri ilə həyat bilgisi dərsini  Bakı Zooloji parkında "Canlılar aləmi" mövzusunda təşkil etdi. Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir

       Parkda olan heyvanların xarici quruluşu, onların hərəkət növləri əyani şəkildə şagirdlər tərəfindən müşahidə edildi. Şagirdlər heyvanlar haqqında öncədən hazırladıqları maraqlı məlumatları yoldaşları ilə bölüşdülər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi