Valideyn iclası

       Dekabr ayının 1-də məktəb rəhbərliyi və valideynlərin iştirakı ilə iclas keçirilib.

Görüşdə əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılmasıdır.

        İclası giriş sözü ilə açan məktəbin direktoru Elmira Namazova günün ən aktual məsələlərinə toxunub və qeyd edib ki, məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Direktor onu da bildirib ki, böyüməkdə olan gənc nəsil təhsil almalı, oxumalı, öyrənməli, savadlanmalıdır.Bu bizim uğurlu gələcəyimiz deməkdir.Uğurlu gələcəyin yaradıcısı isə müəllimdir.Müəllim şagirdi şəxsiyyət kimi yetişdirməlidir.Müəllimin ən yaxşı köməkçisi isə məhz valideyndir. Şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amil isə müəllimvalideyn, məktəb- valideyn əməkdaşlığıdır. Məhz buna görə də məktəb-valideyn əməkdaşlığı mütləqdir.

        Sonda məktəbin direktoru, director müavinləri və psixoloq valideynləri maraqlandıran sualları cavablandırdılar.

 

              

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi