3a sinfində Yol hərəkətinin təhlükəsizliyi

     Məktəbimizdə yol hərəkətinin təhlükəsizliyinin təşkilinə dair maarifləndirmə tədbirləri hər il təşkil olunur. Tədris prosesində daha çox aşağı siniflərdə bu barədə dərslər keçirilir. Yol mədəniyyəti haqqında şagirdlərə müəyyən biliklər verilir, yol nişanları, yol hərəkəti qaydaları öyrədilir. Maarifləndirici video çarxlar, qısametrajlı filmlər vasitəsi ilə məlumatlar çatdırılır. Məktəblilərə piyada zolaqlarından, işıqforun rənglərindən, yol nişanlarından necə istifadə olunması qaydaları izah edilir. Şagirdlər kitabda öyrəndiklərini, eləcə də müəllimin söylədiklərini rollu oyunlar vasitəsi ilə əyani formada tədbiq edirlər. Yol hərəkəti qaydalarının, təhlükəsiz davranış vərdişlərinin uşaq və yeniyetmələrə aşılanmasında təhsil müəssələrində müəllimlərin və tədris prosesinin oynadığı rol olduqca böyükdür.

       

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi