Məktəbimizdə "15 Sentyabr- Bilik Günü "qeyd edildi.

15 Sentyabr Azərbaycanda Bilik Günü olaraq qeyd olunur.Məktəbimizdə təşkil olunan tədbirə şagirdlər,müəllimlər və valideynlər qatılıb.şyeni tədris ilinə başlamaq üçün bir araya gəliblər.Tədbir çərçivəsində 1-ci sinif şagirdlərinin çıxışlarıxüsusi maraqla qarşılanıb.Onlar şeirlər söyləyib,məktəbə ilk addımlarını atdıqları bu önəmli gündə hisslərini bölüşüblər.Bununla yanaşı şagirdlər musiqili nömrələr ,rəqslər və mahnılarla da iştirak ediblər.Rəngarəng təqdimatlar və əyləncəli çıxışlarla tədbir daha da möhtəşəm oldu.Tədbirin sonunda şagirdlərə gələcək tədris ilində uğurlar dilənib.Bu günün məqsədi yalnız yeni dərs ilinə başlanğıc vermək deyil,eyni zamanda şagirdlərdə təhsilə olan maraq və motivasiyanı artırmaq olub.Bilik Günü münasibətilə keçirilən tədbir ,həm də məktəbin sosial və mədəni fəaliyyətlərin əks etdirərək,təhsilin inkişafına böyük əhəmiyyət verildiyini bir daha vurğulayib.