10.09.2025-ci il tarixdə məktəbin akt zalında Pedaqoji Şura iclası keçirildi.

Sentyabrın 10-da məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi.İclasda iştirak edən məktəb direktoru ,təlim-tərbiyə işləri üzrə direktor müavini və fənn metodbirləşmə rəhbərləri məktəb mühiti,müəllimlərin peşəkarliq səviyyəsinin artırılması,şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması,fənn olimpiadalarına hazırlıq və valideynlərlə iş qurulması,təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar,məktəbdaxili qiymətləndirmə işinin təşkili,məktəbdaxili metodiki işə nəzarət,istedadlı şagirdlərlə iş,sosial layihə və fəaliyyətlərin planlaşdırılması,fənn aylıqlarının təşkili məsələlərinə toxundular.