Narkomaniya - Əsrin bəlası

Yanvarın 21-də məktəbin psixoloqu Musayeva Səfanə 8-ci sinif şagirdləri ilə Narkomaniya və fəsadları haqqında söhbət aparmışdır. Şagirdlərə narkomaniya haqqında ətraflı məlumat verilmiş, narkotiklərin insan həyatına, sağlamlığına ziyanı haqqında geniş şəkildə danışılmışdır. Müasir dövrün ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyətin hələ də əziyyət çəkməsindən, millətin sağlam həyat tərzi üçün təhlükə törətməsindən, Narkomaniyanın orqanizmi zəiflətməyindən, bədən üzvlərini tədricən sıradan çıxartmağından söhbət açılmışdır. "Cəmiyyətdə "ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratması, narkomaniyanın bəşəriyyət üçün bəla olan irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olduğu söylənilmişdir. Bu problemdən çıxış yolu kimi ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsinin vacibliyi vurğulanmışdır. Sonda şagirdlərin sualları cavablandırıldı.