Musiqi günü. Üzeyir dühası

Prezident İlham Əliyev 2018- ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilməsi ilə bağlı fərman imzalamışdır. Bununla əlaqədar olaraq Tədbirlər planına əsasən AXC-nin 100 illik yubileyi münasibətilə keçiriləcək olan tədbirlər silsiləsindən növbəti açıq dərsi sentyabrın 18- də təqdim etdik.

Qədim Çin filosofu Konfutsi demişdir: “Musiqi göylə torpaq arasında bir ahəngdir.Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin.” Bəli, Azərbaycan himninə, Koroğlu uverturasına qulaq asmaqla Üzeyir Hacıbəyli dünyasına səyahət etmiş oluruq.

18 sentyabr-musiqi günü. Həmin gün məktəbimizin tarix müəllimi Kimyaxanım müəllimənin  təqdimatında 11B sinfində açıq dərs keçirildi. Dərs Ü.Hacıbəylinin bəstələdiyi Azərbaycan Dövlət himni ilə başladı. Motivasiya mərhələsində, “Sənsiz” romansı səsləndi, şagirdlərin fikirləri və himn haqqında nə bildikləri dinlənildi. Müəllim sinfi 3 qrupa bölmüşdü: 1) Üzeyir dühası, 2) Cümhuriyyət bəstəkarı 3) Əbədi iftixarımız. Şagirdlər hazırladıqları təqdimatları, şeirləri, əsərlərinə çəkilmiş şəkilləri və səhnəcikləri təqdim etdilər. Dərs zamanı Ulu öndər H.Əliyevin Ü.Hacıbəyli haqqında fikirləri, “Koroğlu” uverturası da səsləndirildi.

Sonda “Çırpınırdı Qara dəniz” mahnısı şagirdlərin ifasında səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi