Tarix fənnindən "Açıq dərs" keçirildi

Bu gün məktəbimizin tarix müəllimi Röyalə Quliyevanın təqdimatında 5b sinfində “Açıq dərs” keçirilib. Dərsdə məktəbin direktoru və digər fənn müəllimləri iştirak edib. Şagirdlər Atropatena, Manna, Albaniya, Atabəylər olaraq 4 qrupa bölünmüşdür. Səfəvilər dövlətinə həsr olunmuş video izləndikdən sonra Röyalə müəllim şagirdlərdən videoçarxa münasibət bildirməyi xahiş etdi. Şagirdlər bir-birindən maraqlı fikirlər bildirdilər. Dərsin məqsədinə xidmət edən fikirlər bildirən qrup üzvlərinin işi müsbət qiymətləndirildi. Müəllim dərs boyu həm qrup şəklində, həm cütlərlə, həm də fərdi şəkildə şagirdlərə müxtəlif suallar verərək Səfəvilər dövləti ilə Atropatena arasında oxşar və fərqli cəhətləri aydınlaşdırmağa çalışdı. “Açıq dərs” şagirdlərin böyük marağına səbəb oldu. Sonda məktəb rəhbərliyi müəllimlərin iştirakı ilə məktəbimizin gənc müəllimi Röyalə Quliyevaya irad və təkliflərini bildirdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi