Ibtidai siniflərdə intellektual yarış başa çatdı

20 may 2025-ci il tarixində məktəbin 3-cü sinifləri arasında intellektual yarış başa çatdı. Şagirdlər arasında keçirilən yarış 6 mərhələdən ibarət idi: ümumi biliklər, məntiq, tap görək, cəldlik, dünya görüşü, həyat bilgisi və əl işləri. Şagirdlər püşkatma yolu ilə bir-biriləri ilə yarışdılar. Bu onların böyük maraq və həvəslərinə səbəb oldu.Sonda qalib sinif 3a seçildi. Qalib sinifimizi təbrik edir və digər siniflərə də uğurlar arzulayırıq.