1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə məktəbimizdə bayram tədbiri keçirildi. Tədbirdə məktəb rəhərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. İbtidai sinif müəllimlərinin təşkilatçılığı ilə təşkil olunmuş tədbir böyük coşqu və sevincə səbəb oldu. Tədbirin keçirlməsində məqsəd şagirdlərdə dostluq, birlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini tərbiyə etmək və onlarda yüksək əhval-ruhiyyə yaratmaq idi. Bayram tədbirində məktəblilər milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etdilər.