Azərbaycan dili fənnindən "Açıq dərs"

21 Dekabr 2017-ci tarixində 7ç sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Hüseynovanın təqdimatında “Açıq dərs” keçirilib. Dərsin mövzusu feilin təsriflənməyən formaları üzrə “Ümumiləşdirici təkrar” olub. Dərsdə məktəbin direktoru Laçın Hüseynli, metodbirləşmənin rəhbəri və digər fənn müəllimləri də iştirak edib. Şagirdlər 3 qrupa bölünüblər: feili bağlama, məsdər, feili sifət.

            Motivasiya olaraq müəllim anlayışın çıxarılması üsulundan istifadə edib. Dərsdə şagirdlər Venn diaqramı, beyin həmləsi kimi üsullardan istifadə edərək, qrup işləri və cütlərlə iş ilə sualları cavablandırmağa çalışıblar. Qrup işlərində şagirdlərin bir-biriləri ilə əməkdaşlığı, münasibətbildirmə və düzgün cavablandırılması qiymətləndirilib. Sonda dərs müzakirə edilərək irad və təkliflər bildirilib, qənaətbəxş qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi