Bu gün məktəbimizin kitabxanasında “ Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında “ Bakı şəhəri üzrə Təhsil İdarəsinin 10 aprel 2017-ci il tarixli 35 nömrəli əmrinin icrasının təmin edilməsi məqsədi ilə 8a sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Tədbirdə məktəbin direktor müavini Zərnigar Əlibəyova və kitabxana müdiri Səkinə Əfəndiyeva iştirak edirdi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pəri Şamilova şagirdlərə dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Eyni zamanda kitabxana müdiri Səkinə Əfəndiyeva Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışdı və şagirdləri şairin seçilmiş əsərləri ilə tanış etdi. Sonda şagirdlər Molla Pənah Vaqifin yaradıcılığına aid müxtəlif janrlarda şeirlər söylədilər və onun “Sevgili yarın fəraqında badi-səbadan əhval diləyir” qəzəlini müzakirə etdilər.