Rəsm müsabiqəsi keçirildi

6 mart 2025-ci il tarixdə məktəbin VII-XI sinif şagirdləri arasında “Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş “Kim sevirsə idmanı” rəsm müsabiqəsi keçirilib. Müsabiqənin təşkilində məqsəd şagirdlərdə fiziki tərbiyə və idmana olan marağı artırmaq, onlarda yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və istedadlı şagirdlərin aşkar edilməsi olub. Şagirdlər çəkdiyi şəkillərdə idmanın müxtəlif sahələrini təsvir edib.