Səhər gimnastikası

Səhər – səhər on dəqiqə idmanla məşğul olmaq adamı bütün günü gümrah saxlayır. Elə buna görə də uşaqlar səhər idmanı ilə məşğul olmalıdırlar. Bu qısamüddətli idman damarlarda qanın daha sürətlə axmasına, oynaqların açılmasına, əzələlərin möhkəmlənməsinə, ağ ciyərlərin daha qüvvətlə tənəffüs etməsinə kömək edir. Səhər gimnastikası adamda xoş əhval – ruhiyyə, işləmək, hərəkət etmək həvəsi oyadır.