Esse yazı müsabiqəsi keçirilib

06 mart 2025-ci il tarixdə “idman həftəsi” layihəsinin planına əsasən VI sinif şagirdləri arasında esse yazı müsabiqəsi keçirilib. Essenin mövzusu “Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq” olub. Esse yazı müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin sağlamlıqlarını möhkəmləndirmək, onlarda idmana olan marağı artırmaq, ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdən ibarət olub.