Əl işləri nümayiş olundu

    21 may 2024-cü il tarixdə yuxarı sinflərdə Validə Nəftəliyevanın təşkilatçılığı ilə məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət  sərgi hazırlandı. Sərgidə toxunma iplərdən, muncuqlardan, kibrit dənələrindən, balıqqulağından, daşlardan hazırlanan əl işləri nümayiş edildi. Məktəb rəhbərliyi sərgidə iştirak edərək, əl işlərinə baxdı və öz fikirlərini bildirdi. Təşkilatçı müəllimə və sərgidə iştirak edən hər bir şagirdə təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq. Sərginin keçirilməsində əsas məqsəd  şagirdləri müvafiq fənn sahəsinə motivasiya etmək və xüsusi istedadı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi