Monitorinq keçirildi

29 noyabr 2023-cü il tarixində IX siniflərdə monitorinq imtahanı keçirildi. Monitorinqdə şagirdlərə Azərbaycan dili fənnindən 30 sual, Riyaziyyat fənnindən 30 sual və ingilis dili fənnindən 30 sual təqdim olundu. Şagirdlərə sualların cavablandırılması üçün 120 dəqiqə vaxt verildi. Monitorinqin təşkilinin məqsədi şagirdləri imtahana hazırlıq, bilik səviyyələrini yoxlanması, fənnlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin təhlili, şagird nailiyyətinin yüksəldilməsi üçün düzgün planlaşdırma aparmaq, fənn standartlarının hansı səviyyədə reallaşmasını aşkar etməkdir.