İnsan alverinə qarşı mübarizə adlı maarifləndirici söhbət aparıldı

    24 noyabr 2023-cü il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədlinin təşkilatçılığı ilə məktəbin IX siniflərində ''İnsan alverinə qarşı mübarizə'' mövzusunda maarifləndirici söhbət aparıldı. Söhbət zamanı insan alveri nədir, onun qurbanı əsasən kimlər olur, özümüzü bu təhlükədən necə qorumalı barəsində məlumatlar verildi. Psixoloq bildirdi ki, köləliyin müasir forması olaraq qəddar və laqeyd münasibətlər çərçivəsində insan hüquqlarının pozulması ilə müşayiət olunan insan alveri zamanı seçilən qurban manipulyasiya obyektine çevrilir və onunla şəxsi əşya kimi davranılır. Həmçinin bildirdi ki, qurban seçilirkən psixoloji, eləcə də sosial baxımdan uçurumda olanlara və asan qazanc axtaranlara daha çox üstünlük verilir. Eyni zamanda onu da vurğuladı ki, hər bir məsələdə olduğu kimi bu məsələdə də təhsil önə çıxır. İnsan alverinin qurbanlarına çevrilənlərin əksəriyyəti də təhsilsiz olur. Sonda şagirdlər dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi