Narkomaniyaya yox deyək

    23 noyabr 2023-cü il tarixində məktəbin psixoloqu Ramiyə Məmmədlinin təşkilatçılığı ilə məktəbin VIII sinifləri ilə''Narkomaniyaya yox deyək''mövzusunda psixoprofilaktik söhbət aparıldı. Söhbət zamanı, psixoloq şagirdlərə narkotik maddələrin və siqaretin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barəsində məlumat verildi. Həmçinin qeyd etdi ki, narkotik vasitələrdən istifadə edən hər bir insan uğurlu gələcəyindən imtina etməklə cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək oldu. Sonda mövzuya aid suallar cavablandırıldı və narkomaniya haqqında videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi