Uşaq hüquqları

    21 noyabr 2023-cü il tarixində məktəbin psixoloqu  Ramiyə Məmmədli "Uşaq hüquqları aylığı çərçivəsində''məktəbin III sinif şagirdləri ilə ''Mənim hüquqlarım'' mövzusunda maarifləndirici söhbət apardı. Söhbət əsnasında psixoloq şagirdlərə öz hüquqları barəsində geniş məlumat verdi. O biLdirdi ki, hər bir insan mənsub olduğu irqdən, cinsiyyətdən, dildən, dindən,  milli və sosial mənşədən, mülkiyyətindən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan hüquqlarına, azad olmaq hüququna malikdir. Məqsəd şagirdlərə ''Uşaq hüquqları Konvensiyası''nın müddəalarını izah etmək, şagirdlərin öz hüquqlarını bilməsinə və onu qorumaq yolları haqqında ətraflı məlumat əldə etməsinə çalışmaq oldu. Sonda şagirdlər dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi