Ağdamın azad olunmasının ildönümü

    21 noyabr 2023-cü il tarixində Aynur Qarayevanın təşkilatçılığı ilə IIç sinfində Ağdamın işğaldan azad olunmasının 3-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. İlk olaraq, Azərbaycan torpaqlarının  müdafiəsi və işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimiz anılmış və xatirələri bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə şəkillər əsasında erməni işğalından əvvəlki Ağdama səyahət edilmiş, şəhərin tarixi abidələri, görməli yerləri haqqında danışıldı. Şagirdlər seçdikləri abidə və ya tikililəri haqqında məlumatlar söyləyib, Ağdama həsr olunmuş şeirlər deyilmiş və vətənpərvər mövzuda  mahnılar oxundu. Ağdamın dünyaşöhrətli alim, musiqiçi və digər görkəmli şəxslərinin tərcümeyi halları oxunub, onların Ağdam haqqında fikirləri səsləndirildi. 20 noyabr 2020-ci il tarixinin şərəf tariximizə qızıl hərflərlə yazıldığı xüsusi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi