Hüseyn Cavidin 140 illiyi keçirildi

09 dekabr 2022-ci il tarixində məktəbin kitabxana müdiri Səkinə Əfəndiyeva, kitabxanaçısı Yaqut Eyvazova və Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Hacıyevanın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş dəyimi masa keçirildi . Dəyirmi masanın keçirilməsinin əsas məqsədi Cavid irsini gənc nəslə çatdırmaq, qüdrətli sənətkarın humanist ideyalar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoyduğunu şagirdlərə öyrətməkdir. Bu baxımdan Nigar müəllim ilk öncə, Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılmasından danışdı və yazıçının böyük ustalıqla canlandırdığı "İblis" faciəsindən, "Ana", " Maral" pyeslərindən, "Şeyx Sənan", "Uçurum" kimi ilk mənzum dramlarından söhbət açdı. Sonda şagirdlər şairin "Qız məktəbində, "Görmədim" şeirlərini səsləndirdilər.