Mütaliəni həyat tərzinə çevirək

Bu gün Bakı şəhəri üzrə Təhsil idarəsinin 30 dekabr 2019- cu il tarixli F-530 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn Tədbirlər planı"nın 1.4- cü bəndinə əsasən "Mütaliəni həyat tərzinə çevirək ” devizi ilə şagirdlərin bədii, elmi kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirilməsi, kitabxana xətii ilə bədii əsərlərin oxusu və müzakirəsinin təşkili məqsədi ilə 7b sinfində məktəbin dil ədəbiyyat müəllimi Səyid Məlikovun təqdimatında "açıq dərs" keçirilib. Dərsdə təlim tərbiyə işləri üzrə direktor muavinləri və məktəbin kitabxana müdri Səkinə Əfəndiyeva da iştirak edib. Dərsin gedişatı zamanı Səid müəllim şagirdlərin diqqətini bədii, elmi - kütləvi və ictimai - siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə yönəltdi. Kitabxana müdri Səkinə Əfəndiyeva şagirdləri bəzi ədəbiyyat nümunələrindən misal gətirərək, şagirdləri kitabxana xətti ilə çox oxunan əsərlərin müzakirəsinin təşkilinə həvəsləndirdi. Qeyd olundu ki, çox mütaliə etmək insanda mütaliə mədəniyyətini formaşaldırmaqla yanaşı , dünyagörüşü və intellekt səviyyəsini də yüksəldir. Şagirdlər də öz növbəsində indiyədək mütaliə etdiyi ədəbiyyat nümunələri barədə məlumat verdilər. "Açıq dərs" şagirdlərin böyük marağına səbəb oldu.