MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMAT

28 fevral 2019 - cu il tarixdə məktəbimizdə "Kiçik Akademiya"nın təsis edilməsi ilə bağlı ilk iclası keçirilib. İclasda məktəbin direktoru, təlim - tərbiyə işləri üzrə direktor muavinləri, metodbirləşmə rəhbərləri və fənn müəllimləri də iştirak ediblər. Məktəbin direktoru çıxış edərək Azərbaycan Respublikasının təhsil nazirinin 21.01.2008 - ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik Akademiya" haqqında əsasnamənin tələblərini müəllim heyətinin nəzərinə çatdırdı. Həmçinin “Kiçik Akademiya”nın məqsəd və vəzifələri, struktur və fəaliyyət istiqamətləri, təsis olunması və idarəetmə orqanları haqqında geniş məlumat verdi. Laçın müəllim qeyd etdi ki, “Kiçik Akademiya”nın yaradılması yaradıcı və tədqiqatçılıq bacarıqları olan müəllim və şagirdlərin fəaliyyətini situmullaşdıran vasitə olacaq, digər tərəfdən istedadlı şagirdlərin  elmi dünyagörüşünün və öz potensialını artırmağa daha əlverişli şərait yaradacaq. Fənn müəllimləri də öz növbəsində məktəbdə “Kiçik Akademiya”nın yaradılmasının həm şagirdlərin böyük marağına səbəb olacağını, həm də müəllimlərin istedadlı şagirdlərlə iş birliyinin formalaşmasında böyük əhəmiyyəti olduğunu bildirdilər. Müzakirələrdən sonra "Kiçik Akademiya"nın şurası seçildi. Şuranın tərkibinə “Kiçik Akademiya” haqqında əsasnamənin 7.2- ci bəndinə uyğun olaraq "Kiçik Akademiya"nın prezidenti, onun muavinləri və bölmə rəhbərləri daxil edililərək şuranın adlı siyahıdan ibarət tərkibi elan olundu. Beləliklə, şuranın tərkibi sadə səsvermə yolu ilə aşağıdakı kimi təsis olundu. Məktəbin ingilis dili müəllimi Xəlilova Şəbnəm Ələmşah qızı  "Kiçik Akademiya"nın prezidenti, kimya müəllimi Allahmanlı Fəxrənsə və tarix müəllimi Eyvazova Nüşabə Qiyas qızı  vitse - prezidentlər oldu. Riyaziyyat müəllimi Teymurov Vasif Yusif oğlu Riyaziyyat – iformatika üzrə, tarix müəllimi Kimyaxanım Zülfüqarova hümanitar sahə üzrə,  İngilis dili müəllimi Təzəgül Eyyubova xarici dillər üzrə, fizika müəllimi Elnarə Nəcəfzadə təbiət fənləri üzrə, texnologiya müəllimi Validə Niftəliyeva texniki sahə üzrə, Azərbaycan dili müəllimi Gözəl Həsənova Azərbaycan dili və etnoqrafiya üzrə bölmə rəhbərləri təyin olundu. Bundan sonra “Kiçik Akademiya”nın şurası əsas fəaliyyət istiqamətlərini müəyyən edərək iş planlarını müzakirə  etdi. Eyni zamanda bölmə rəhbərlərinə könüllü və istedadı ilə fərqlənən şagirdlərdən ibarət fəal üzvlərin cəlb olunması və bu istiqamətdə müvafiq lazimi tədbirlərin yerinə yetirilməsi tapşırıldı. Məktəbimizdə "Kiçik Akademiya"nın yaradılmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda elmi dünyagörüşünün formalaşdırılması istiqamətində fəaliyyətin təşkilini təmin etmək, "Kiçik Akademiya"ya üzv olan fəal şagirdlərin hədəf və məqsədlərinin reallaşdırılması istiqamətində peşəkar müəllimlərin köməyindən istifadə etməkdən ibarətdir.   Qeyd edək ki, "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" Azərbaycan Respublikası təhsil nazirinin 14 avqust 2018 - ci il tarixli, F - 550 nömrəli əmrinin 2.6 - cı bəndinin icrasını təmin etmək üçün  istedadlı şagirdlərlə aparılan işləri tənzimləmək məqsədi ilə məktəbin İllik Fəaliyyət Planına uyğun Tədbirlər Planı hazırlanmışdır. Məktəbin İllik Fəaliyyət Planına və Bakı Şəhər üzrə Təhsil İdarəsinin 29 yanvar 2019 - cu il tarixli F - 67 nömrəli əmri ilə təsdiq olunmuş "Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq məktəbdaxili müvafiq qaydada əmr imzalanmış və icrası üçün müvafiq qaydada Tədbirlər Planı təsdiq olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi