Kiçik akademiyanın təqdimatı

 29 fevral 2024-cü il tarixində Kiçik Akademiyanın prezidenti Bahar Paşayevanın təşkilatçılığı ilə VIII sinif şagirdləri Qurban Ağayev və Nərgiz Orucəliyevanın təqdimatında ifrazat sistemi orqanları, böyrəyin daxili quruluşunun anatomik təsvirini verdilər. Onlar ifrazat sistemi haqqında geniş məlumat verdikdən sonra böyrəyin daxili quruluşunun təsvirini təqdimatda iştirak edən müəllim və şagird kollektivinə nümayiş etdirdilər. Təqdimatda iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Kəmalə Əsədova şagirdlərə öz gələcək həyatlarında uğurlar arzuladı və töhfələrini verdi. Təqdimat iştirak edən hər kəs tərəfindən maraqla qarşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi