Kimyaçı şagirdlərin təqdimatları

Noyabrın 1-də məktəbimizdə Bakı Şəhər üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş fəaliyyət planını 1.1.1.14 (“Kiçik Akademiya” nın fəaliyyəti çərçivəsində şagirdlərin elmi potensialının üzə çıxarılması) bəndinə əsasən məktəbin Kimya müəllimi Fəxrənsə Allahmanlının rəhbərliyi ilə Kiçik Akademiyanın Kimya bölməsinin şagirdləri “Gündəlik məişətdə və aptekdə rastlaşa biləcəyimiz maddələr və onlarla təcrübələr” adlı təqdimatla çıxış etdilər. Onlar bu maddələr haqqında geniş məlumat verdikdən sonra bu maddələrlə reaksiyalar apardılar. Şagirdlər təqdimat üçün öncədən hazırladıqları divar qəzetini də təqdim etdilər. Şagirdlər bu maddələrin zəhərli və ya xeyirli təsirinin onun miqdarından asılı olduğunu, bu maddələrdən istifadə zamanı təhlükəsizlik texnikalarına diqqət edilməli olduğunu qeyd etdilər. Bu tipli təqdimat və təcrübələrin keçirilməsinin məqsədi yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda tədqiqatçılıq bacarıqları və elmi dünyagörüşünün inkişaf etdirilməsidir. Şagirdlər və müəllimlər bu təqdimatı maraqla qarşıladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi