Kiçik akademiyanın təqdimatı

23 may 2023-cü il tarixində BŞTİ-nin müvafiq əmri ilə Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya təqdimatları" adlı Qaradağ Rayon Konfransı təşkil olunmuşdur. Konfrans zamanı Qaradağ rayonu məktəblərinin Kiçik Akademiyaları, müxtəlif bölmələrindən olan akademistlər elmi rəhbərlərinin dəstəyi ilə elmi təqdiqat işlərini təqdim etdilər. Tədbir zamanı məktəbimizin IXc sinif şagirdi Yüzbaşova Günay öz təqdimatını nümayiş etdirdi. Şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında akademik əlaqələrin genişləndirilməsi məqsədilə “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi BŞTİ-nin əsas fəaliyyət istiqamətlərindəndir. Bakı şəhərinin inzibati rayonları üzrə ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik Akademiya” daxilində həyata keçirilən işlərin təqdimat və müzakirəsini təşkil etməkdə əsas məqsəd “Kiçik Akademiya” üzvlərinin sayının müntəzəm olaraq artırmaq, fərqli məktəblərdən olan “Kiçik Akademiya” üzvlərinin təcrübə mübadiləsi aparmaqdır.Tədbirin sonunda akademistlərə "Təşəkkürnamə"lər təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi