Akademik Yusif Məmmədəliyevin 110 illiyinə həsr olunmuş "Yusif Məmmədəliyevin elmi fəaliyyəti və həyatı nəsillərə örnəkdir" mövzusunda tədbir.

15 yanvar 2016-cı ildə 193 № li məktəbdə görkəmli Azərbaycan alimi, Azərbaycanda neft və neft kimyası məktəbinin banisi, dünya elm nəhəgləri içərisində hörmət və nüfuza malik, parlaq kəşfləri ilə dünya elmini zənginləşdirən, bütün qəlbi ilə vətənə, torpağa , elə bağlı olan Azərbaycanı sevən, onu şöhrətləndirən, qısa lakin mənalı ömür yaşayan Yusif Heydər oğlu Məmmədəliyevin 110 illik yubileyi qeyd olundu."Yusif Məmmədəliyevin elmi fəaliyyəti və həyatı nəsillərə örnəkdir" adlı tədbirimizdə Akademik Vaqif Abbasov, kimya elmləri doktoru Reyhan xanım Əliyeva, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Mürşüd Fərəcov, Əməkdar müəllim Almaz Həsrət, Bakı şəhəri üzrə təhsil idarəsinin Nizami-Nərimanov metodiki bölməsinin baş metodisti Tahirə xanım Qədimova, məktəb kollektivi və şagirdlər,valideynlər iştirak edirdilər. Tədbiri məktəbin direktoru pedoqoji elmlər üzrə fəlsəfə doktoru Rəhim Hüseynov açaraq sözü Akademik Vaqif Abbasova verdi. Vaqif Abbasov Yusif Məmmədəliyevin kimya elminə verdiyi töhfədən danışdı.Sonra şagirdlər alimin elmi fəaliyyəti və həyatı barəsində təqdimat etdilər. Şagirdlərin çıxışından sonra söz alimlərimizə, ziyalılarımıza verildi. Onlar alimin elmi fəaliyyətindən tədbir iştirakçılarına məlumat verdilər. Tədbirin sonunda Akademik Vaqif Abbasov məktəbimizin 3 şagirdinə ayda 50 manat olmaqla "Yusif Məmmədəliyev təqaüdü" verəcəyinə söz verdi. Tədbirin təşkilatçısı məktəbin kimya müəllimi "Qabaqcı təhsil işcisi" Əziziva Məhluqə qeyd etdi ki, Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq. Zaman keçdikcə onun adı daha da möhtəşəm səslənəcək, nəsillər onu tanıyacaq, sevəcək, onunla qürur duyacaq. Yusif Məmmədəliyevin ideyaları nəsillərdən-nəsillərə ötürüləcək, elmi fəaliyyəti və həyatı hamımız üçün örnək olacaq.