"Milli mədəniyyətimiz, milli dəyərlərimiz və milli kulinariyamız"

Məktəbimizdə “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində "Milli mədəniyyətimiz, milli dəyərlərimiz və milli kulinariyamız" mövzusunda maraqlı və rəngarəng bir tədbir təşkil olundu. İştirakçılar milli dəyərlərimizin əhəmiyyəti, xalqımızın qədim adət-ənənələri və zəngin mədəni irsi haqqında çıxışlar etdilər.Tədbirin ən maraqlı hissələrindən biri isə milli kulinariya sərgisi oldu.Burada şagirdlər və valideynlər birgə hazırladıqları müxtəlif milli yeməkləri – dolma, plov, piti, qutab, paxlava və şəkərbura kimi ləziz təamları nümayiş etdirdilər. Hər təamın yanında onun tarixi və hazırlanma qaydası haqqında məlumat verildi. Tədbirin əsas məqsədi şagirdlərə milli-mənəvi dəyərlərimizi tanıtmaq, onlarda vətənə, tarixə və mədəniyyətə sevgi aşılamaqdır.