Kiçik Akademiya

“Qarabağ Azərbaycandır!” müsabiqəsiMəktəbin V-VIII sinif şagirdləri Nərimanov rayonunda Kiçik Akademiyalar üzrə intellektual və istedadlı uşaqların “Qarabağ Azərbaycandır!” müsabiqəsində uğurla çıxış etdilər.

Ətraflı

Qarışqalar üzərində aparılan təcrübə."Kiçik Akademiyanın" üzvü olan 10-cu sinif şagirdi Çingiz Şigayev qarışqalar üzərində təcrübə aparmağı sevir və onlarla yaxından maraqlanır.Respublikamız üçün nadir hallardan olan bu məşğuliyyət təsirsiz ötüşmədi. Keçən ilin sonunda Çingiz və yoldaşları ilə maraqlandılar. Şagirdimiz dünyaca məşhur olan National Geographic jurnalında dərc olunan bir reportaj verdi.Jurnaldakı məqalə ANA Zoologiya İnstitutunun əməkdaşları tərəfindən dərc edildi. Fevral ayında Çingiz Zoologiya İnstitutuna dəvət edildi və yerli qarışqaların öyrənilməsi üzərində işləməyi təklif edildi. Belə çıxır ki, respublikamızda təbii və iqlim şəraitinə görə xüsusi qarışqalarımız var. Qarışqalara olan sevgi məktəblinin həyatını belə dəyişdirdi. Çingizin arzusu BDU-nun biologiya fakültəsinin tələbəsi olmaq və Azərbaycanı elmi dünyada layiqincə təmsil etməkdir. Ona uğurlar və uğurlar arzulayırıq!

Ətraflı

Müsabiqə üzrə qaliblər mükafatlandırıldı.Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ““Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq”, müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Müsabiqədə məktəbimizin Kiçik Akademiyasının “Kiçik tədqiqatçıları”ibtidai sinif müəllimi N.M.Matskusun rəhbərliyi ilə 3 və 4-cü sinif şagirdlərinin təqdim etdiyi “Sağlam qidalanma”istiqaməti üzrə tədqiqat işi I yerə layiq görülmüşdür.10-cu sinif şagirdi Qurbanova Zülfiyyənin tədqiqat işi isə seçilərək tərifnaməyə layiq görülmüşdür. Müsabiqədə qalib gəlmiş komanda üzvlərinə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olundu..

Ətraflı

“Alternativ qablaşdırmadan istifadənin əhəmiyyəti”Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-426 əmrinə əsasən “Kiçik Akademiya” üzvləri arasında keçirilən tədqiqatçılıq müsabiqəsində 10-cu sinif şagirdi Zülfiyyə Qurbanovanın araşdırma apardığı “Alternativ qablaşdırmadan istifadənin əhəmiyyəti” tədqiqat işi final mərhələyə keçib

Ətraflı

“Kiçik tədqiqatçılar”müsabiqəsiBakı şəhəri üzrə Təhsil İdarəsinin F-436 nömrəli 21.11.2019-cu il tarixli əmrinə əsasən keçirilən “Kiçik tədqiqatçılar” müsbiqəsinin məktəbdaxili mərhələsi başa çatıb.Məktəbimizin Kiçik Akademiyasının “Kiçik tədqiqatçıları”ibtidai sinif müəllimi N.M.Matskusun rəhbərliyi ilə 3 və 4-cü sinif şagirdlərinin təqdim etdiyi “Sağlam qidalanma”istiqaməti üzrə tədqiqat işi müsabiqəsinin 2-ci mərhələsinə keçib.

Ətraflı

“Kiçik Akademiya”rəhbərləri üçün təlim“Kiçik Akademiya”rəhbərləri üçün təlimlər layihəsi başa çatmışdır.Bu təlimdə “Kiçik Akademiya”nın rəhbəri Sənubər Səfərova iştirak etmişdir.Bizim məktəbdə “Kiçik Akademiya”məhz bu müddətdə təsis olundu.Bu təlim rəhbərlərin fəaliyyətinin sistemli və düzgün icra etməyi,şagirdlərdə elmi araşdırmaq,tədqiqatçılıq bacarıqlarının,elmi dünyagörüşünün formalaşmasında,ümumilikdə işin keyfiyyətinə müsbət təsir göstərəcək.Həmçinin gələcəkdə digər məktəblərlə birgə fəaliyyət göstərməyə və sağlam rəqabət aparmağa gətirib cıxaracaq.Təlimin sonunda “Kiçik Akademiya”nın rəhbəri Sənubər Səfərova layihədə müvəffəqiyyətlə iştirak etdiyinə görə sertifikatla təltif olunmuşdur.

Ətraflı

"Kicik Akademiya"üzvləri arasında tədqiqatçılıq müsabiqəsi.02.12.2019-cu il tarixində 193 № li tam orta məktəbdə “Kiçik Akademiyanın”üzvləri arasında “Tədqiqatçılıq müsabiqəsi”nin ilk mərhələsi keçirildi. 5 tədqiqat işi təqdim olundu.I yerə Zülfiyyə Qurbanovanın təqdim etdiyi “Alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti”mövzusundakı tədqiqat işi layiq görüldü və bu iş II mərhələyə göndərildi.

Ətraflı

Kiçik Akademiyanın fəaliyyəti23.11.2019-cu il tarixində Kiçik Akademiyanın növbəti iclası keçirildi.Bu iclasın keçirilməsinin əsas səbəbi Bakı Şəhər Təhsil İdarəsinin əmrinə əsasən “Kiçik Akademiya”üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin təşkili və keçirilməsi barəsindəki əmridir. Göndərilən təqdimat və tədqiqat istiqamətləri (mövzular) haqqında Kiçik Akademiyanın üzvlərinə məlumat verildi.Qoyulan tələblər müzakirə olundu.I mərhələnin (məktəbdaxili) 02.12.2019-cu il tarixində keçirilməsi qərara alındı və bunun üçün şagirdlərə müəyyən məlumatlar verildi.Bildirildi ki,ən yaxşı araşdırma işi ikinci mərhələyə təqdim olunacaq.

Ətraflı

Kiçik Akademiyanın Şura içlası09.11.2019-cu il tarixində məktəbin Kiçik Akademiyasının şura iclası keçirildi.Bu iclası keçirməkdə məqsəd: 1)bölmə rəhbərlərinin gördüyü işlər,şagirdlərin təlimatlandırılması və Kiçik Akademiyaya cəlb edilməsi barədə hesabatların dinlənilməsi. 2)Kiçik Akademiyanın prezidentinin təşkil olunan təlimlərdə əldə etdiyi məlumatları Kiçik Akademiyanın üzvlərinə çatdırmaq. 3)Kiçik Akademiyanın üzvlərindən olan 10a sinif şagirdlərinin yaratdığı “Heyvansevərlər”qrupunun təqdimatını dinləmək. Qrupun rəhbəri Haqverdiyeva Rövşanə cıxış edərək bildirdi ki,bu qrup şagirdlərin könüllü birliyidir.Qrupun üzvləri topladığı vəsait hesabına sahibsiz küçə heyvanlarına yardım edirlər və işi çox sevərək görürlər. Sonunda şagirdlər Kiçik Akademiyanın loqosunu da hazırlayıb təqdim etdilər. İclasda həmçinin bilik yarışmalarının məktəb mərhələsinə hazırlıq barəsində də danışıldı.

Ətraflı

Kiçik Akademiyanın təsis edilməsiTəhsil Nazirliyinin 21 yanvar 2008-ci tarixli 63 nömrəli əmrinə əsasən 12 oktyabr 2019-cu il tarixində məktəbimizdə “Kiçik Akademiya”təsis olundu.Kiçik Akademiyanı təsis etməkdə məqsəd məktəbin istedadlı şagirdlərinin fəaliyyətinin məqsədyönlü şəkildə inkişafına kömək etmək,yüksək intellektə malik yeni nəslin formalaşmasına xidmət etmək,şagirdlərdə ixtiraçılığa meyl yaratmaq və inkişaf etdirməkdir. Şagirdlərin elmi tədqiqat işinin aparılması yollarını öyrənməkdə “Kiçik Akademiya”nın əhəmiyyətli rolu var.Təsis komfransında Kiçik Akademiyanın yaradılması elan olunaraq,onun ali orqanı olan Şura seçildi.Şuranın tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirildi. Şuranın tərkibində Kiçik Akademiyanın prezidenti,onun müavinləri,bölmə rəhbərləri təyin edildi. Kiçik Akademiyanın prezidenti: Səfərova Sənubər Şavəddin qızı(riyaziyyat müəllimi) I müavin: Süzəliyeva Şəhrəbanu Dayandur qızı(tarix müəllimi) Humanitar fənnlər üzrə rəhbər: Xanlarova Elnarə Oqtay qızı(Azərbaycan dili müəllimi) Təbiət fənnləri üzrə rəhbər: Qasımova Arifə Qasım qızı(biologiya müəllimi) Elmi rəhbər: Hüseynova Rəna Xalid qızı(kimya müəllimi) Texniki fənnlər üzrə rəhbər: Səfərova Sənubər Şavəddin qızı(riyaziyyat müəllimi) Estetik fənnlər üzrə rəhbər: Rəfiyeva Əminə Azər qızı(UBRT) Fantastik ideyalar üzrə rəhbər: Həsənova Sevda (ingilis dili müəllimi) Şura Kiçik Akademiyanın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirdi,iş planlarını təsdiq etdi.Görülən işlər barədə bölmə rəhbərlərinin və Kiçik Akademiyanın digər üzvlərinin hesabatı dinlənildi. Şura iclaslarının rübdə bir dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutuldu.Qərarlar səs çoxluğu ilə qəbul edildi.

Ətraflı
HAQQIMIZDA

Nərimanov rayonu, M.Şəhriyar adına 193 №-li tam orta məktəb 1930-cu ildə tikilmişdir. 2013-cu ildə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərə...

BİZİM FƏXRLƏRİMİZ

Eldayaq Mustafayev Novruz

Xavər Osmanova Vaqif

HAQQIMIZDA

Nərimanov rayonu, M.Şəhriyar adına 193 №-li tam orta məktəb 1930-cu ildə tikilmişdir. 2013-cu ildə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərə...

BİZİM FƏXRLƏRİMİZ

Eldayaq Mustafayev Novruz

Xavər Osmanova Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi