Reproduktiv sağlamlıq

Məktəbin psixoloqu tərəfindən VIII siniflərdə "Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici söhbət aparılıb. Şagirdlərə reproduktiv sağlamlıq cinsi tərbiyə, gigiyena qaydaları, yeniyetməlik dövrü dəyişiklikləri barədə məlumat verildi.Bildirildi ki, qız və oğlan uşaqları yeniyetməlik dövründə müxtəlif dəyişikliklərlə qarşılaşırlar. Bu dəyişiklikləri başa düşmək və onlara uyğun davranmaq reproduktiv sağlamlığın bir hissəsidir. Reproduktiv sağlamlığı qorumaq üçün şəxsi gigiyenaya riayət etmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq və zərərli vərdişlərdən uzaq durmaq vacibdir.