HAQQIMIZDA

Nərimanov rayonu, M.Şəhriyar adına 193 №-li tam orta məktəb 1930-cu ildə tikilmişdir. 2013-cu ildə  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəb əsasli təmir olunub. Məktəb Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2011-ci il tarixli , 1581 nömrəli Sərəncamı ilə 2010/2011-ci tədris ilində keçirilmiş “50 Ən yaxşı ümumtəhsil məktəbi”müsabiqəsinin qalibi olmuşdur. Məktəbin direktoru Nihal Hacıyeva Əlisurət qızıdır.Məktəbimiz Azərbaycan Pespublikası Milli Olimpiya Komitəsi tərəfindən Formula 1 Azərbaycan Qran-Pri yarışmaları zamanı "Azərbaycan Respublikası"  mədəniyyəti,incəsənəti və tarixinin yüksək səviyyədə təqdim olunmasına görə təltif olunmuşdur.Məktəbimizdə  çalışan müəllimlər arasında "Tərəqqi medalı" ilə təltig olunmuş, "İlin müəllimi" müsabiqəsinin qalibi olmuş, "Elmlər namizədi" olan müəllimlərimiz var.Onlar şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olurlar.Məktəb bir korpuslu bimadan ibarətdir və 2 növbəlidir. Məktəbdə 110 müəllim, 53 sinif və 1625 şagird var. Müasir tələblərə uyğun sinif otaqları, fənn otaqları, kimya, biologiya və fizika laboratoriyaları, kitabxana, oxu zalı, idman zalı, tibb məntəqəsi və bufet var. Bundan əlavə kompyuter avadanlıqları ilə təchiz olunmuş otaqlar da şagirdlərin istifadəsindədir. Məktəbimizdə olan geniş akt zalı müxtəlif tədbirlərin keçirilməsində fəaliyyət göstərir. Məktəb fəaliyyət göstərdiyi illər ərzində yetirdiyi şagirdlərlə həmişə fəxr edib.

Məktəbin E-mail adresi: [email protected].

Tel: 566-69-02

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi